İspaniya La Liqasında mübarizə aparan “Real”ın (Madrid) ulduz futbolçusu Qaret Beyl yenidən zədələnib.
Sportal.az xəbər verir ki, Uels millisinin üzvünün sol badırından zədə aldığı bildirilir.
Beləliklə, 28 yaşlı vinqer “kral klubu”nda 13 dəfə zədələnmiş oldu. Son 1 ayda 5-ci dəfə zədələnən Beyl “Real”dakı karyerasının təxminən 300 gününü zədəli olaraq keçirib.
Keçən mövsüm Madrid təmsilçisinin oynadığı 60 oyunun 28-də zədə səbəbindən iştirak edə bilməyən futbolçu 2015-2016 mövsümündə isə 15 qarşılaşmanı buraxmışdı. Ondan əvvəlki mövsümdə 3 oyuna çıxa bilməyən Beyl ilk mövsümündə isə 5 matçda komandasına kömək edə bilməmişdi.
Xatırladaq ki, “Tottenhem”dən 2013-cü ildə 101 milyon avro qarşılığında “Real”a transfer olan Qaret Beyl cari mövsümdə 9 oyuna 3 qol vurub və 4 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi