Millimiz ilk oyunda heç-heçə etdi

20:59 - 4 Oktyabr 2017

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması ilk oyununu keçirib.


Sportal.az xəbər verir ki, İrlandiya komandasına qarşı keçirilmiş oyun heç-heçə ilə yekunlaşıb – 0:0.


Futbolçularımız növbəti oyununu oktyabrın 7-də, Bakı vaxtı ilə saat 18:00-da Serbiya yığmasına qarşı keçirəcək.


Xatırladaq ki, yığmamızın yer aldığı 7-ci qrupun oyunları İrlandiyada təşkil olunub.

 

Xəbər xətti