Rahid Əmirquliyev: "Çexiyanı zəif saymaq olmaz"

00:16 - 5 Oktyabr 2017

"Rəqib çox güclüdür. Baxmayaraq ki, bizdən aşağı pilədədir, onları zəif saymaq olmaz".

 

Sportal.az xəbər verir ki, bu sözləri millimizin futbolçusu Rahid Əmirquliyev DÇ-2018-in seçmə mərhələsində Çexiya ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

 

O, sabahkı görüşə  yaxşı hazırlaşdıqlarını bildirib: "Rəqibi analiz etmişik. Son matçda hamını yaxşı oyun və nəticə ilə sevindirmək istəyirik".

Xəbər xətti