"Qarabağ"ın rəqibi hücumçu ilə güclənir

23:52 - 5 Oktyabr 2017

“Qarabağ”la Çempionlar Liqasında eyni qrupda mübarizə aparan “Atletiko” (Madrid) yeni hücumçu transfer etməyə yaxındı.


Sportal.az “Diario As” nəşrinə istinadən xəbər verir ki, “Atletiko” “Rasinq Klub”un şərəfini qoruyan Lautaro Martinez ilə razılığa gəlib.


Paytaxt klubu argentinalı oyunçu üçün 12 milyon avro ödəyəcək. Qeyd edilir ki, İspaniyanın təmsilçisi idman direktoru Andrea Berta bu həftəsonu Buenos Ayresə gedəcək və rəsmi müqavilə imzalanacaq.


Xatırladaq ki, “Rasinq”in yetirməsi olan Martinez peşəkar karyerasında çıxdığı 24 oyuna 5 qol vurub və 1 məhsuldar ötürmə edib.

 

Xəbər xətti