Millimizi məyus edən futbolçu: "Atmosferin yaxşı olacağı stadionda oynamaq daha münasib olardı"

15:12 - 6 Oktyabr 2017

Çexiya millisi Dç-2018-in seçmə mərhələsi çərçivəsində səfərdə yığma komandamıza 2:1 hesabı ilə qalib gəlib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra millimizin qapısında ikinci topu keçirən 22 yaşlı yarımmüdafiəçi Antonio Barak jurnalistlərə müsahibə verib.

 

- Millidə 4-cü oyununda 4-cü qolunu vurdun. Bu nəticəni necə qiymətləndirirsən?

- Qələbəyə görə şadıq. Mən şanslı insanam, amma daha çox komandamızın qələbəsinə görə sevinirəm. Qol vurmaq məqsədilə oyuna çıxmıram. Milliyə faydalı oyunumla kömək etmək istəyirəm.

 

- Penalti epizodu barədə nə düşünürsən?

- Bu qərarın səhv verildiyi fikirindəyəm. Biz bunun penalti olmadığını düşünürdük.

 

- Bəs stadiondakı atmosfer barədə nə düşünürsən?

- Böyük stadionda oynadıq. Amma azarkeş az idi. Onların meydan sahiblərinə verdiyi dəstək hiss olunmadı. Atmosferin daha yaxşı olacağı kiçik bir stadionda oynamaq münasib olardı.

Xəbər xətti