Millimiz Serbiyaya qarşı

12:52 - 7 Oktyabr 2017

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsinin 7-ci qrupu çərçivəsində növbəti matçına çıxacaq.

 

Sportal.az xəbər verir ki, Təbriz Həsənovun çalışdırdığı komandamız bu dəfə Serbiya ilə qarşılaşacaq.

 

Millimiz İrlandiyada keçirilən bu qrupun ilk turunda məhz meydan sahibləri ilə qarşılaşıb və qolsuz heç-heçəyə razılaşıb. Serbiya isə ilk turda Kipri minimal hesabla məğlub edib.

 

Bu gün qrupun digər matçında İrlandiya Kirplə qarşılaşacaq.

 

AÇ-nin seçmə mərhələsi
7-ci qrup
7 oktyabr

 

18:00. Serbiya – Azərbaycan
Hakim:
Ferens Karako (Macarıstan)
Ueksford. “Ferrikarriq Park” stadionu.

Xəbər xətti