İtaliya A Seriyasında mübarizə aparan “İnter” transfer çalışmalarını davam etdirir.
Sportal.az xəbər verir ki, Milan təmsilçisi “Bavariya”nın futbolçusu Arturo Vidala göz dikib.
“İnter”in gələn həftənin çərşənbə günü Münhen klubuna oyunçu üçün təklif göndərəcəyi bildirilir.
Xatırladaq ki, çilili yarımmüdafiəçi 2011-2015-ci illər arasında “Yuventus” forması geyinmiş və A Seriyada 4 dəfə çempionluq yaşamışdı. “Bavariya”nın heyətində isə 30 yaşlı oyunçu 2 dəfə Bundesliqa çempionu olub.
saytlarin hazirlanmasi