Dmitri Nazarov: "Almaniyaya qarşı oyundan həzz almaq lazımdı"

16:49 - 8 Oktyabr 2017

“Bakıda keçirilən oyunu yada salmaq istəyirəm. Qol vurub, almanları qıcıqlandıra bilmişdik”. 

 

Sportal.az xəbər verir ki, bu sözləri milli komandamızın oyunçusu Dmitri Nazarov deyib. DÇ-2018-in seçmə mərhələsində komandamız Almaniya ilə qarşılaşacaq. Matçdan əvvəl təşkil olunmuş mətbuat konfransında açıqlama verən Nazarov fikirlərini bölüşüb: 

 

“Matçdan sonra mənə yaxınlaşıb dedilər ki, sizdən belə oyun gözləmirdik. Dünya çempionuna qarşı çıxış edəcəyik. Seçmə mərhələdə son matçdı. Bütün görüşlərdə qələbə qazanıblar. Belə komandaya qarşı oyundan həzz almaq lazımdı. 30 min azarkeş olacaq. Bundan yaxşı stimul ola bilməz. Biz hazırıq. Hesabın necə olacağını isə bilmirik”.

Xəbər xətti