İspaniya La Liqasında mübarizə aparan “Barselona” gələn ilki transfer çalışmalarına indidən başlayıb.
Sportal.az xəbər verir ki, “kataloniyalılar” gələn yay Filippe Koutinyo üçün yenidən “Liverpul”un qapısını döyəcək.
Bildirilir ki, əgər “mersisaydlılar” bu təklifi də qəbul etməsə, o zaman “Barça” “Tottenhem”dən Dele Allini transfer etməyə çalışacaq.
Xatırladaq ki, yayda braziliyalı oyunçu üçün “Barselona” “Liverpul”a 150 milyon avro təklif etsə də, İngiltərə klubu 200 milyon avro tələb etmişdi.
saytlarin hazirlanmasi