Milli komandamız DÇ-2018-in seçmə mərhələsində son oyununda səfərdə Almaniyaya 1:5 hesabı ilə uduzub. Yığmamızın heyətində yeganə qolu Ramil Şeydayev vurub.
Sportal.az xəbər verir ki, bu, Şeydayevin yığmada ilk qolu olub. Ötən ildən etibarən yığmamızda top qovan forvard bununla bağlı "facebook" səhifəsində paylaşım edib:
"Nəhayət ki, milli komandam üçün ilk qolumu vura bildim. Təəssüf ki, millinin vuruşmağına baxmayaraq, böyük hesabla məğlub olduq. Dəstəyiniz üçün hamımıza təşəkkür edirəm!"
saytlarin hazirlanmasi