AFFA Türkiyənin “Trabzonspor” klubunun futbolçusu Tayyip Ebrar Cumurun milliləşdirilməsi ilə bağlı iddiaya münasibət bildirib.
Sportal.az "Report"a istinadən xəbər verir ki, qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu xəbəri təkzib edib. O, sözügedən oyununçunun AFFA-nın maraq dairəsində olmadığını söyləyib: “Məsələ ilə bağlı AFFA-nn Texniki Departamenti ilə danışdım. Mənə dedilər ki, Tayyip Ebrar Cumurla bağlı iddia həqiqəti əks etdirmir”.
Qeyd edək ki, Türkiyə mətbuatında yer alan xəbərlərdə 1999-cu il təvəllüdlü mərkəz yarımmüdafiəçisinin Azərbaycanda doğulduğu və müvafiq pasporta malik olduğu bildirilir.
saytlarin hazirlanmasi