Millimiz qrupu sonuncu pillədə başa vurdu

18:10 - 10 Oktyabr 2017

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində yığmamız bu gün son oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Təbriz Həsənovun yetirmələri İrlandiyanın Ueksford şəhərindəki Ferrycarrig Park stadionunda Kipr yığması ilə qarşılaşıb və 1:2 hesabı ilə məğlub olub. Bununla da, komandamız qrupu sonuncu pillədə başa vurub.

 

Xatırladaq ki, yığmamız seçmə mərhələnin ilk oyununda İrlandiya ilə 0:0 hesablı heç-heçə edib, ikinci görüşdə isə Serbiyaya 1:4 hesabı ilə uduzub.

 

10 oktyabr

16:00. Azərbaycan - Kipr - 1:2
Qollar: Bahadur Həziyev, 90+2 - Panagiotis Louka, 61 (pen), Markos Roles, 70 (pen)

 

16:00. İrlandiya - Serbiya - 2:1

Xəbər xətti