Prosineçkidən maraqlı qərar - Ailəsi Bakıda qalacaq

11:40 - 12 Oktyabr 2017

Milli komandamızdan ayrılacağı gözlənilən Robert Prosineçki maraqlı qərar verib.

 

Sportal.az xəbər verir ki, adı Sloveniya millisi ilə hallanan mütəxəssis ölkəmizi tərk etsə də, ailəsi Bakıda qalacaq. O, uşaqlarının Bakıda təhsil aldıqları üçün belə bir qərar verib. Prosineçki fikirlərini bu cür bölüşüb:

 

"Azərbaycana geri dönməliyəm. Uşaqlarım dərs ilini başa vurmalıdırlar. Əgər başqa bir iş tapsam, uşaqlarım və həyat yoldaşım Azərbaycanda qalacaq".

 

Qeyd edək ki, Prosineçkinin millimizlə müqaviləsi dekabrın 4-ü başa çatacaq.

Xəbər xətti