Robert Prosineçki barədə növbəti iddia

14:59 - 12 Oktyabr 2017

Azərbaycan millisinin baş məşqçi postunda gələcək taleyi sual altında olan Robert Prosineçki barədə yeni iddia ortaya atılıb.

 

Sportal.az xəbər verir ki, bu dəfə xorvat mütəxəssisin Bosniya və Herseqovina millisini çalışdıra biləcəyi iddia edilib.

 

Bu barədə xəbəri Xorvatiyanın “index.hr” saytı yayıb. Xəbərdə yerli federasiyanın yığmanın hazırkı baş məşqçisi Mehmed Bajdareviçlə yeni müqavilə bağlamayacağı, onu məhz Prosineçki ilə əvəzləmək istədikləri qeyd edilib. 

 

Qeyd edək ki, Azərbaycanla bu ilin dekabrında müqaviləsi başa çatacaq çalışdırıcının daha öncə də Sloveniya və Xorvatiya yığmasının “sükanı arxasına” keçəcəyi barədə iddia ortaya atılmışdı.

Xəbər xətti