Filipe Luis: "Messi meydanda özünü rahat hiss edirsə, artıq sən bir ölüsən"

12:15 - 13 Oktyabr 2017

Madrid "Atletiko"sunun futbolçusu Filipe Luis maraqlı açıqlamalar verib.

 

Sportal.az xəbər verir ki, braziliyalı müdafiəçi Madrid klubuna yeni gəldiyi vaxtlarda içki problemlərinin olduğunu bildirib. O, çox içdiyini deyib:

 

"Çölə çıxardım və çox içki içərdim. Şanslı idim ki, atam məni evə maşınla gəirirdi. Çox çalışmıram. Bir neçə saat təzyiq var və mən yaxşı qazanıram".

 

Təcrübəli mərkəz müdafiəçisi gənc futbolçularla bağlı danışıb. 32 yaşlı futbolçu onların 80 faizinin xəyal dünyasında yaşadığını söyləyib:

 

"Qollarının altında brend çantayla gəzib, 400 avroluq ayaqqabı geyməklə və bədənlərinə 8 döymə vurmaqla özlərinin hər zaman ulduz olacağını və insanların onlara hörmət edəcəyini düşünürlər. Onlardan kənarda gerçək bir dünyanın olduğunu unudurlar".

 

Lionel Messi ilə hər oyun aralarında baş verən bübarizələr barədə danışan Braziliya millisinin üzvü ona "qəssab" deyilməsindən narahat deyil:

 

"Messini dayandırmağın yollarını bilirəm. Bu çox zaman foulla ola bilər. Mənə "qəssab" deyə bilərlər. Ancaq bundan şikayətçi deyiləm. Messi meydanda özünü rahat hiss edirsə, artıq sən bir ölüsən".

Xəbər xətti