Xedira etiraz etdi: "2 ildi ki, saçlarım qısadı"

14:14 - 13 Oktyabr 2017

“Yuventus”un almaniyalı oyunçusu Sami Xedira “FİFA18” komputer oyunundan narazılıq edib.

 

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi istehsalçı şirkətə onu düzgün təsvir etmədiyinə görə narazılığını öz “Tvitter” hesabında bildirib.

 

Belə ki, o saçlarının uzun göstərilməsindən şikayətçidi. Xedira etdiyi paylaşımda “xəbəriniz yoxdu, amma 2 ildi ki, saçlarım qısadı” şəklində şərh bildirib. Ona ən maraqlı cavabı isə izləyicilərindən biri verib: “Daim zədəli olduğundan qısa saçlı halını görməyiblər”.

 

Qeyd edək ki, futbolçu bu il avqustun 26-da “Cenoa” ilə matçda zədələndikdən sonra hələ ki, meydana çıxa bilməyib.

Xəbər xətti