Prosineçki Sloveniyadan təklif aldığını təsdiqlədi

13:43 - 14 Oktyabr 2017

Millimizin baş məşqçisi Robert Prosineçki açmıqlama verib.

 

Sportal.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan xorvatiyalı mütəxəssis Sloveniya Futbol Federasiyasının onunla maraqlandığını təsdiq edib: "Sloveniya Futbol Federasiyası mənimlə görüşməyi təklif etdi. Lyublyanada görüş olacaq. Böyük ehtimalla, hər şeyi bir neçə günə müzakirə edəcəyik".

 

Prosineçki gələcəyi ilə bağlı yekun qərar vermədiyini vurğulayıb: "Kimlərinsə mənimlə maraqlanmağı böyük şərəfdir. Bu onu göstərir ki, işimi düzgün görürəm. AFFA ilə danışıqlarım olana qədər gələcəyimlə bağlı dəqiq bir şey söyləyə bilməyəcəm".

 

Qeyd edək ki, Prosineçkinin millimizlə müqaviləsi dekabrın 4-ü başa çatır. Prosineçki 2014-cü ildən yığmamızı çalışdırır. Onun rəhbərliyi altında millimiz DÇ-2018-in seçmə mərhələsində 10 oyuna 10 xal topladı.

Xəbər xətti