“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Roma” itki ilə üzləşib. Sportal.az xəbər verir ki, “canavarlar”ın müdafiəçisi Kostas Manolas sıradan çıxıb.
O, İtaliya A seriyasının 8-ci turu çərçivəsində keçirilən “Napoli” ilə ev oyununda (0:1) zədələnib. Bu barədə məlumatı “Roma”nın baş məşqçisi Eusebio Di Françesko yerli mətbuata açıqlamasında verib. O, yunan müdafiəçinin Çempionlar Liqasının “Çelsi” ilə səfər matçında meydana çıxmayacağını deyib:
“Praktiki olaraq, Manolasın “Çelsi”yə qarşı oynaması mümkün deyil. O, Mertenslə toqquşduqdan sonra zədə alıb. Fikrimcə, Çempionlar Liqasının növbəti oyununda onun xidmətindən istifadə edə bilməyəcəyik”.
Qeyd edək ki, Manolas sentyabrın 27-də Bakıda “Qarabağ”la matçda fərqlənmişdi.
saytlarin hazirlanmasi