Millimiz seçmə mərhələni qələbə ilə başa vurdu

22:43 - 16 Oktyabr 2017

17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin 11-ci qrupunda oyunlara bu gün yekun vurulub.

 

Sportal.az xəbər verir ki, millimiz son turda Bolqarıstanla qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib. Qrupun digər matçında Ukrayna İrlandiyaya 1:3 hesabı ilə məğlub olub.

 

Beləliklə, İrlandiya qrupu 1-ci, Ukrayna  2-ci pillədə tamamlayıb. Millimiz isə 3-cü olub. Bolqarıstan isə sonuncu - 4-cü yeri tutub.
 
Qeyd edək ki, hər qrupda ilk iki pilləni tutan komandalar, həmçinin ən yaxşı göstəriciyə malik dörd 3-cü yer sahibi elit-raunda yüksələcək.

 

17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi

III tur, XI tur

16 oktyabr

 

Azərbaycan – Bolqarıstan - 2:1

Qollar: Turan Vəlizadə, 18, 80+2 - Nikolov, 45

Baş hakim: Barbeno Luka (San Marino)

Qorna Orexovitse. “Lokomotiv” stadionu

 

Ukrayna – İrlandiya - 1:3

Qollar: Voloşin, 14 - Uçe İda, 42, 80+2, Oreli, 54

Baş hakim: Peter Kyaesqard-Andersen (Danimarka)

Veliko Tarnovo. İvaylo stadionu

Xəbər xətti