Milli komandamızın baş məşqçisi Robert Prosineçki açıqlama verib.
Sportal.az xəbər verir ki, mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında klub karyerasının maraqlı olduğunu dilə gətirib:
"Xorvatiya millisində işləmək istəmirəm, çünki məni burada istəmirlər. Heyətdə ulduz futbolçular yer alıb. Bu komanda dünya çempionatına vəsiqə qazanacaq. Buna şübhəm yoxdur. Mən hazırda klub karyerası barədə düşünürəm. Güclü idarətə etmə lobbiniz yoxdusa, iş tapmaq çətin olacaq. Məsələn, Andre Villaş-Boaş "Yeni Mourinyo" kimi təqdim edilirdi. Bir neçə güclü klubu çalışdırdıqdan sonra nə edəcəyini bilmədi və Çinə pul qazanmağa getdi".
Prosineçki Sloveniyadan aldığı təklifə də münasibət bildirib:
"Sloveniya maraqlı seçimdir. Komandanın yaxşı potensialıə var, amma ən önəmli olan isə federasiyanın tam şəkildə təşkilatlanmasıdı. Sloveniya federasiyası başqa ölkələr kimi çoxlu pul xərcləmir, hökumət nə edəcəyini gözəl bilir".
Qeyd edək ki, Prosineçkinin millimizlə müqaviləsi dekabrın 4-ü başa çatır. Prosineçki 2014-cü ildən yığmamızı çalışdırır. Onun rəhbərliyi altında millimiz DÇ-2018-in seçmə mərhələsində 10 oyuna 10 xal topladı.
saytlarin hazirlanmasi