İtaliya A seriyası təmsilçisi "Kalyari" baş məşqçisi Massimo Rastellini istefaya göndərib.
Sportal.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Buna komandanın 2017/2018 mövsümündə ölkə çempionatındakı uğursuz çıxış səbəb olub. Komanda A seriyasında keçirdiyi son 4 oyunda uduzub.
Qeyd edək ki, "Kalyari" hazırda turnir cədvəlində 6 xalla 14-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi