Filipe Luis: "1 xal bizim üçün çox pis nəticədi"

11:11 - 19 Oktyabr 2017

"Bu qədər anlaşılmazlıq ola bilməz. Məşqlər zamanı özümüzü yaxşı hiss etsək də, meydanda özümüzü göstərə bilmirik".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Atletiko"nun futbvolçusu Filipe Luis deyib. 

 

Madrid klubu Çempionlar Liqasının qrup mərhələsinin III turunda Bakıda "Qarabağ"ın qonağı olub. Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşma 0:0 hesablı bərabərliklə başa çatıb. 

 

Matçdan sonra açıqlama verən müdafiəçis fikirlərini bildirib: "Bizim qarşımıza qoyduğumuz hədəflərimiz var. Amma həmişə "Qarabağ"a qarşı oynadığımız kimi oynasaq, heç nə edə bilmərik. Bakıdan 1 xalla ayrılmaq bizim üçün çox pis nəticədi və bu oyunu analiz etmək üçün vaxtımız çox azdı".

 

Luis "Atletiko"nun zəif çıxış etməsinin səbəbin i belə izah edib: "Biz keçən mövsümkü heyətimizlə mübarizə aparırıq. Amma niyə belə zəif çıxış edirik? Bu sualın cavabını axtarmalıyıq və yxşı nəticə çıxarmalıyıq".

Xəbər xətti