Azərbaycanın UEFA-nın reytinqində mövqeyi dəyişmədi

10:46 - 20 Oktyabr 2017

Avropa Liqasının qrup mərhələsinin üçüncü turunun oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

 

Sportal.az xəbər verir ki, dünən keçirilən matçlardan sonra Azərbaycanın mövqeyində dəyişiklik olmayıb. 22-ci pillədə qərarlaşan Azərbaycanın 18.875 xalı var. Əvəzində izləyicilərimiz olan İsveç, Bolqarıstan və Belarus ölkəmizə bir az da yaxınlaşıb. Avrokubokların 4-cü turunda “Qarabağ” məğlub olsa, “Ostersun” (İsveç), “Ludoqorets” (Bolqarıstan) və ya BATE-nin (Belarus) 1 heç-heçəsi kifayətdir ki, adıçəkilən ölkələr Azərbaycanı qabaqlasın.

 

Qeyd edək ki, Azərbaycan cari mövsümdə 4,125 xal qazanıb. Bunun 2,375-i “Qarabağ”, 0.750 “İnter”, 0.625 “Zirə”, 0.375-i isə “Qəbələ”nin hesabına qazanılıb. Ölkəmizdən 1 pillə irəlidə olan Rumıniyanın 19.850 xalı var.

Xəbər xətti