"Barselona"nın türkiyəli futbolçusu Arda Turan La Liqanın 9-cu turunda "Malaqa" ilə görüşü buraxacaq.
Sportal.az xəbər verir ki, yarımmüdafiəçinin zədəsi sağalmasına baxmayaraq, komandanın baş məşqçisi Ernesto Valverde onun adını sözügedən görüş üçün 18 nəfərlik iştirak ərizəsinə daxil etməyib.
Qeyd edək ki, Arda bu mövsüm "Barselona"da heç bir matçda oynamayıb.
saytlarin hazirlanmasi