5 il əvvəl aldığı qırmızı vərəqəyə görə oynamayacaq

01:28 - 25 Oktyabr 2017

"Valensiya"nın yarımmüdafiəçisi Joffre Kondoqbia İspaniya kubokunda "Saraqosa" ilə keçiriləcək iki oyunu buraxmalı olacaq.

 

Sportal.az xəbər verir ki, buna səbəb 24 yaşlı futbolçunun 5 il əvvəl aldığı qırmızı vərəqədir. Fransa millisinin üzvü "Sevilya"da çıxış etdiyi dönəmdə 2013-cü il fevralın 27-də Kral kubokunda "Atletiko" ilə keçirilən matçda qırmızı vərəqə alıb. Buna görə də Kondoqbia iki oyunluq cəzalandırılmışdı. Həmin mövsümün sonu isə Kondoqbia "Monako"ya transfer olunmuşdu. "Monako"da iki il oynadıqdan sonra "İnter"ə keçən Kondoqbua bu mövsüm "Valensiya"ya icarəyə verilib.

 

İspaniya Futbol Federasiyasının futbolçu üçün verdiyi cəza qüvvədə qalıb.

Xəbər xətti