"Yuventus" ÇL-in qalibi olmasa Buffon karyerasını bitirəcək

17:41 - 25 Oktyabr 2017

DÇ-2018-dən sonra karyerasına son qoymağı planlaşdıran Cianluici Buffon şərt qoyub.

 

Sportal.az xəbər verir ki, 39 yaşlı əlcək sahibi bir halda karyerasını davam etdirə biləcəyini açıqlayıb.

 

O, yanlnız cari mövsüm ÇL-in qalibi olacağı halda əlcəklərini mıxdan asmayacağını bildirib. Çünki belə olan halda Buffon 2018-ci ilin sonunda “Yuventus”la klublararası DÇ-də də iştirak edə biləcək. Məhz bu titulu da qazanmaq istəyən Buffon əks təqdirdə gələn yay Rusiyada keçiriləcək mundialdan sonra karyerasına son qoyacaq. Qolkiper fikrində qətidi.

 

Qeyd edək ki, Buffon 2001-ci ildən “Yuventus”un şərəfini qoruyur.

Xəbər xətti