"Roma"nın baş məşqçisi: "O, özünə daha çox güvənərək oynamalıdı"

13:13 - 26 Oktyabr 2017

Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Roma"nın baş məşqçisi Eyseybiyo Di Françesko Çengiz Ünder haqda danışıb.

 

Sportal.az xəbər verir ki, italyan mütəxəssis Türkiyə millisinin üzvünün özünə daha çox güvənməli olduğunu bildirib. O, gənc yarımmüdafiəçinin gələcəkdə daha yaxşı oynayacağını deyib:

 

"Cengizin məşqlərdəki performansı yaxşıdı. Ancaq tələb etdiyim şeyləri etməsi baxımından hələ də dillə bağlı çətinliklər yaşayır. Cengiz mütləq rəqib qapıya hücum etməklə bağlı özünü daha da inkişaf etdirməli və özünə daha çox güvənərək oynamalıdı. Ancaq o hələ 20 yaşındadı. Gələcəyi düşünsək, özünü inkişaf etdirəcəyinə inanıram".

 

Qeyd edək ki, Cengiz Ünder bu mövsüm "Roma"nın heyətində 3 oyunda start heyətdə meydana çıxıb.

Xəbər xətti