Prosineçki: "Yeni müqavilə bağlamaq ehtimallarım çoxdu"

13:48 - 26 Oktyabr 2017

Son günlər millimizdə qalıb-qalmayacağı sual doğuran baş məşqçi Robert Prosineçki Xorvatiya mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ölkəsinin “sportarena” saytına danışan mütəxəssis yığmamızla yeni müqavilə bağlayacağını da istisna etməyib:

 

“Bu axşam yeni müqavilə bağlamaq ehtimallarım çoxdu. Bakıda özümü yaxşı hiss edirəm, çox fantastik şəhərdi, uşaqlar bəynəlxalq məktəbə gedir. Mən burda özümü yaxşı hiss edirəm. Biz Azərbaycan yığması ilə çox işlər görmüşük, heç kimlə anlaşılmazlığımız olmayıb.  Ambisyamda qalıb-qalmayacağımı bilmirəm”. 

 

Qeyd edək ki, Prosineçki 2014-cü ilin dekabrından millimizi çalışdırır.

Xəbər xətti