Prosineçki üçün yeni variant

16:37 - 30 Oktyabr 2017

Millimizin artıq sabiq baş məşqçisi olan Robert Prosineçkinin yeni iş yer haqda yeni məlumat yayılıb.

 

Sportal.az xəbər verir ki, xorvaityalı çalışdırıcının Serbiya yığmasının sükanı arxasına keçəcəyi deyilir. Bu haqda məlumatı Serbiya mətbuatı yayıb. Komandanı DÇ-2018-ə yüksəldən Slavolyub Muslinin yığmanı çalışdırmaq şansının demək olar olmadığı bildirilir. Milliyə əsas namizəd kimi Draqan Stoykoviç və Prosineçkinin adı çəkilir. Amma Stoykoviç hazırda Çin çempionatında yüksək məvacib qarşılığında çalışdığından onun yığmaya təyinatı elə də real görünmür. 

 

Qeyd edək ki, 2014-cü ilin dekabrından yığmamızı çalışdıran Prosineçki 4 gün əvvəl postunu tərk etmişdi.

Xəbər xətti