İtaliya A Seriyasında anti-rekord

18:10 - 30 Oktyabr 2017

İtaliya A Seriyasına uğursuz başlayan “Benevento” anti-rekorda imza atıb.

 

Sportal.az xəbər verir ki, komanda cari mövsümdə keçirdiyi 11 matçın hamısında məğlub olmaqla tarixə düşüb. Belə ki, indiyə kimi heç bir komanda liqaya belə uğursuz nəticəylə start verməyib.

 

Qeyd edək ki, “sarı-qırmızılar” 11 oyunda 4 qol vurub, 29 topr buraxıblar. 

 

Əlavə edək ki, “Qarabağ”ın sabiq forvardı Samuel Armenteros “Benevento”da top qovur.

Xəbər xətti