“Qarabağ” bu gün Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.
Sportal.az xəbər verir ki, təmsilçimiz İspaniyada “Atletiko” ilə üz-üzə gələcək. Eyni zamanda komandaların U-19 komandaları da mübarizə aparacaqlar.
“Qarabağ”ın U-19 komandasını bu dəfə fərqli çalışdırıcı meydançaya çıxaracaq. Baş məşqçi eləcə də əsas komandanın kapitanı olan Rəşad Sadıqov oyuna hazırlaşdığı, Aftandil Hacıyev isə səfərdə olduğu üçün komandanı oyuna Borçe Xristov çıxaracaq.
Qeyd edək ki, Xristov “Qarabağ”ın aşağı yaş qruplarının ümumi nəzarətçisidir.
saytlarin hazirlanmasi