UEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turu çərçivəsində İspaniyada keçirilən "Atletiko” - "Qarabağ” oyununun ən yaxşı oyunçusu müəyyənləşib.
Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi Miçel bu görüşün ən yaxşısı seçilib.
Qeyd edək kİ, Madriddəki “Vanda Metropolitano” stadionunda baş tutan bu matç 1:1 hesabıyla başa çatıb. “Qarabağ”ın bu görüşdəki yeganə qolunu da məhz 32 yaşlı ispaniyalı futbolçu vurub.
saytlarin hazirlanmasi