"Atletiko"nun futbolçusu "Qarabağ"la görüşdə sıradan çıxdı

17:46 - 2 Noyabr 2017

"Atletiko" ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, Madrid klubunun müdafiəçisi Filipe Luis zədələnib. 32 yaşlı futbolçu Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunda "Qarabağ"la oyunda (1:1) ombasından zədə alıb. Onun nə vaxt sıralara dönəcəyi bəlli deyil.

 

Qeyd edək ki, Luis Ağdam klubuna qarşı 90 dəqiqə oynayıb.

Xəbər xətti