Azarkeşə təpik atdı, oyun başlamamış qırmızı vərəqə aldı

01:44 - 3 Noyabr 2017

UEFA Avropa Liqasının qrup mərhələsnin IV turunda “Marsel” səfərdə “Gimaraynş”ın qonağıdır

 

Sportal.az xəbər verir ki, Portuqaliyada keçirilən oyunun başlamasından öncə qalmaqal baş verib. Qonaqların müdafiəçisi Patris Evra oyundan əvvəl isinmə hərəkətləri edərkən kənarda onu təhqir edən “Marsel” azarkeşinə hücum edib. Fanatı təpiklə vuran Evra hakim tərəfindən qırmızı vərəqə ilə cəzalandırılıb.

 

Bu səbəbdən “Marsel” oyuna 6 nəfər ehtiyat oyunçu ilə başlamalı olub.

Xəbər xətti