Azərbaycan mövqeyini qorudu

11:39 - 3 Noyabr 2017

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

 

Sportal.az xəbər verir ki, dünən keçiriən matçlardan sonra Azərbaycanın mövqeyində dəyişiklik olmayıb. 22-ci pillədə qərarlaşan ölkəmizin 19.125 xalı var. Azərbaycan ən yaxın izləyicisi isə dəyişib. Bolqarıstan İsveçi geridə qoyaraq 23-cü sırada qərarlaşıb.

 

Qeyd edək ki, ölkəmizdən 1 pillə irəlidə olan Rumıniyanın 20.050 xalı var.

Xəbər xətti