AFFA-nın baş katibi Elxan Məmmədov əsas yığmamızın üzvü Renat Dadaşovun U-19 millimizdə oynamaqdan imtina etməsini təsdiqləyib.
Sportal.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə, gənc hücumçu AÇ-2019-un seçmə mərhələsində Almaniya və Kosovo ilə oyunlarda iştirak etmək istəməyib. "Ayntraxt"ın futbolçusu U-19 millimizin baş məşqçisi Samir Ələkbərovla söhbətində yığmadan imtinasının səbibini komandasının vacib oyunlarının olması ilə əlaqləndirib.
saytlarin hazirlanmasi