21 yaşadək futbolçulardan ibarət milli komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Almaniyanı qəbul edəcək.
Sportal.az xəbər verir ki, bu qarşılaşmanı idarə edəcək hakimlər briqadası müəyyənləşib. Belə ki, görüşdə ədaləti qazaxıstanlı hakimlər qoruyacaq.
Matçın baş hakimi Daniyar Saxi olacaq. Ona Alibek Aubakirov və Yevgeni Belski kömək edəcək. Bulat Sarıyev isə qarşılaşmanın dördüncü hakimi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan - Almaniya oyunu 9 noyabr tarixində saat 18:00-da "Dalğa Arena"da keçiriləcək.
saytlarin hazirlanmasi