"Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante Çempionlar Liqası qrup mərhələsinin 5-ci turu çərçivəsində "Qarabağ"la matçda oynamaq istəmir.
Sportal.az xəbər verir ki, Fransa millisinin üzvü bunu zədədən sonra yaranan qorxu hissi ilə əlaqələndirib. 26 yaşlı futbolçu formasını bərpa etmək üçün vaxta ehtiyacı olduğunu deyib:
"Belə zədələrdən sonra meydana çıxan zaman qorxu hiss edirsən. Bir həftəlik məşqdən və oyundan sonra özümü yaxşı hiss edirəm. Zədəyə görə uzun müddət oynamadım. Ancaq ən yaxşı formam üçün bir qədər də vaxt lazımdı".
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" qarşılaşması 22 noyabr tarixində Bakı Olimpiya Stadionunda baş tutacaq.
saytlarin hazirlanmasi