Almaniyanın 21 yaşadək futbolçularından ibarət yığmasının üzvü Filip Ohs açıqlama verib.
Sportal.az xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsində millimizlə oyunöncəsi ölkəsinin mətbuatına danışan gənc hücumçu Azərbaycana ciddi yanaşmalı olduqlarını söyləyib:
“Əvvəlki turda Norveçə uduzduq. Həmin oyunda kifayət qədər yaxşı mübarizə aparmadıq. Bu tərəfimizi yaxşılaşdırmalıyıq. Bu oyunda qələbə qazanacağımız dəqiq deyil. Azərbaycan millisinə yuxarıdan aşağı baxmaq olmaz”.
Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu noyabrın 9-da keçiriləcək
saytlarin hazirlanmasi