Prosineçki üçün daha bir variant

00:35 - 9 Noyabr 2017

Millimizdən ayrılan Robert Prosineçki üçün daha bir iddia ortaya atılıb.

 

Sportal.az xəbər verir ki, Sloveniya yığması ilə danışıqlar aparıldığı söylənilən xorvatiyalı baş məşqçinin adı bu dəfə klubla hallanıb. 48 yaşlı mütəxəssisin Avstriyanın "Ştrum Qraz" komandası ilə danışıqlar masasında olduğu xəbərləri yayılıb. Bu barədə Xorvatiya mətbuatı məlumat yayıb. Məlumatda tərəflərin razılıq əldə etməyə yaxın olduğu qeyd edilib.

 

Qeyd edək ki, Prosineçki 2014-2017-ci illərdə millimizi çalışdırıb. 

Xəbər xətti