“Futbolçular meydanda əziyyət çəkdiyi kimi, mən də çətinliklə üzləşirəm”.
Sportal.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Samir Ələkbərov deyib. Yığmamız AVRO-2019-un seçmə mərhələsində öz meydanında Almaniya millisinə böyük hesabla məğlub olub – 0:7.
Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “Səhvlərimiz var və bunun üzərində işləməliyik”.
- Komandada istək yox idi. Bu, nə ilə bağlı idi?
- Bəli, istək var idi, hazırlaşmışdıq, lakin bacarmadıq. Komanda birinci dəqiqədə qol buraxdığı üçün həvəsdən düşdü.
- Düşünmürsünüz ki, milliyə gəlişiniz düzgün deyildi?
- Kimsə bu yükün altına girməli idi. Təssüfflənmirəm.
- Yayılan xəbərlərə görə, futbolçularımız oyuna pul qoyuluşu ediblər. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?
- Mən futbolçuların oyuna pul qoyuluşu edəcəyinə inanmıram. Mümkün deyil.
- Renat Dadaşov sanki oynamaq istəmirdi. Bu barədə nə deyə bilərsiniz?
- Onu böyük ümidlərlə komandaya dəvət etmişik. Demək olar ki, bütün futbolulardan narazı qaldım.
- Kosovo ilə oyunda ciddi dəyişiklik gözlənilirmi?
- Gözlənilirdi. Amma indi paltardəyişmə otağı xəstəxanaya dönüb. Bir neçə futbolçumuz əzələsini dartıb. Budaq, Renat, Bəhlulun zədəsi var.
saytlarin hazirlanmasi