Madrid "Real"ı ciddi itkiylə üzləşib.
Sportal.az xəbər verir ki, komandanın əsas heyət üzvü olan İsko sıradan çıxıb. Yarımmüdafiəçi İspaniya millisinin Kosta Rikanı 5:0 hesabı ilə yendiyi matçda zədələnib. Kendall Uotsonun sərt müdaxiləsindən sonra zədələnən futbolçu Madridə qayıdıb. O, İspaniya millisinin Rusiya ilə keçirəcəyi yoxlama matçının heyətindən də çıxarılıb.
25 yaşlı futbolçunun noyabrın 18-də "Atletiko" ilə səfər matçında oynamayacağı gözlənilir.
Qeyd edək ki, "Real" ötən günlərdə Qaret Beylin 3-4 həftəlik sıradan çıxdığını bəyan etmişdi.
saytlarin hazirlanmasi