Daha bir futbolçu millidən kənarda qaldı

11:04 - 14 Noyabr 2017

Bakıda təlim-məşq toplanışını davam etdirən 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının düşərgəsini daha bir futbolçu tərk edib.

 

Sportal.az xəbər verir ki, Fərrux Fərzəliyev (“Vətən” FK) zədəli olduğu üçün hazırlıq prosesindən kənarlaşdırılıb.

 

Dünən "Qəbələ"nin futbolçusu Rauf Məhərrəmov da zədə səbəbindən millinin düşərgəsini tərk etmişdi.

 

Xatırladaq ki, millinin toplanışı noyabrın 18-dək davam edəcək. 

Xəbər xətti