"Barselona"nın futbolçusu Mərakeş millisində oynamaq üçün müraciət etdi

01:28 - 16 Noyabr 2017

Müqavilə ilə "Barselona"ya məxsus olan, lakin La Liqanın digər təmsilçisi "Alaves"də icarə əsasında çıxış edən Munir El Haddadi Mərakeş millisində forma geyinmək istədiyini açıqladı.

 

Sportal.az xəbər verir ki, 22 hücumçu İspaniya yığmasında 13 dəqiqə forma geyinməsinə baxmayaraq, DÇ-2018-ə vəsiqə qazanan Mərakeş millisində oynamaq üçün federasiyaya müraciət etdib. Mərakeş Futbol Federasiyası məsələ ilə bağlı FİFA-ya məktub ünvanlayıb.

 

Mərakeş mətbuatında yer alan mətbuata görə, federasiya müsbət cavab almasa, Beynəlxalq Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.

Xəbər xətti