"Atletiko"nun səhmlərinin 15 faizi satıldı

13:31 - 17 Noyabr 2017

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Atletiko" səhmlərinin 15 faizi satıb.
 

Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Səhmləri "Quantum Pacific Group” şirkətinin sahibi israilli biznesmen İdan Ofer 50 milyon avro qarşılığında alıb. 
 
Əldə olunan anlaşmaya görə, bu məbləğ "Atletiko”nun fonduna keçəcək və bütün digər hissədarlar bundan faydalana biləcəklər.

Xəbər xətti