Xuanfran: “Əgər “Vilyarreal” və “Qarabağ”la oyunlarda qalib gəlsəydik...”

15:22 - 19 Noyabr 2017

“Atletiko”nun müdafiəçisi Dieqo Qodin komanda yoldaşı olan Antuan Qrizmann barədə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, “hindular”ın müdafiəçisi Qrizmannın bu mövsüm az qol vurmasına münasibət bildirib. 32 yaşlı ispaniyalı oyunçu açıqlamasında “Vilyarreal” və “Qarabağ”la oyunlarda qəlib gəlsəydilər, Qrizmannla bağlı hər şeyin fərqli olacağını düşündüyünü deyib:

 

“Əgər “Vilyarreal” və “Qarabağ”la oyunlarda qalib gəlsəydik, Qrizmannın başı üzərində “qara buludlar” olmazdı. Mən onun simasında çalışmaq və vəziyyəti dəyişmək istəyi görürəm. Ümid edirəm ki, Qrizmann “Roma” ilə matçda bu mənfi seriyaya son qoya biləcək”.

 

Xatırladaq ki, “Atletiko” “Vilyarreal” və “Qarabağ”la oyunlarda heç-heçə etmiş (hər iki oyunda 1:1), Qrizmann bu matçların heç birində qol vura bilməmişdi. Fransa millisinin üzvü cari mövsümdə şans qazandığı 14 oyunda cəmi 3 dəfə fərqlənib.

Xəbər xətti