Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Atletiko"nun kapitanı Koke İspaniya mətbuatına açıqlama verib.
Sportal.az xəbər verir ki, "AS" nəşrinə danışan təcrübəli yarımmüdafiəçi 1/8 finala vəsiqə qazanmaq şanslarının Ağdam təmsilçisindən asılı olduğunu bildirib. O, "Qarabağ"ın səfərdə "Roma"dan xal alacağına ümid etdiklərini bildirib:
"Biz həmişə inanırıq. Şüarımız belədir. Əgər imkan varsa, sona qədər mübarizə aparacağıq. Qələbə qazanmaq üçün meydanda tam gücümüzü qoyacağıq, sonadək mübarizə aparacağıq. "Qarabağ"ın "Roma" ilə oyunda müsbət nəticə əldə edəcəyi ümidi ilə Londona gedəcəyik"
Qeyd edək ki, 5 turdan sonra 10 xalı olan "Çelsi" C qrupunun lideridir. "Roma" 8 xalla 2-ci, "Atletiko" 6 xalla 3-cü, "Qarabağ" isə 2 xalla sonuncu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi