Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun ən yaxşı oyunçusu bəlli olub.
Sportal.az xəbər verir ki, Moskva “Lokomotiv”inin yarımmüdafiəçisi Cefferson Farfan bu həftənin ən yaxşı futbolçusu seçilib.
Perulu futbolçu qrup mərhələsinin 5-ci turu çərçivəsində “Kopenhagen”lə oyunda komandasının 2:1 hesablı qələbəsinə dubla imza atmaqla töhfə verib.
İkinci yeri “Milan”ın futbolçusu Andre Silva (26 faiz), 3-cü yeri isə Praqa “Slaviya”sının üzvü Yozef Huşbauer (14 faiz) tutub.
saytlarin hazirlanmasi