Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan Madrid “Atletiko”sunun futbolçusu Felipe Luis açıqlama verib.
Sportal.az xəbər verir ki, İspaniya mətbuatına danışan braziliyalı qitənin ən nüfuzlu klub turnirində keçirdikləri oyunlar haqda fikir bildirib.
Luis turnirə yaxşı başladıqların, lakinin davamının pis olduğunu sözlərinə əlavə edib: “Biz ÇL-ə yaxşı başladıq. “Roma” ilə səfərdəki heç-heçə pis nəticə deyildi. Amma sonradan istədiyimiz kimi getmədi hər şey. Son iki matçda oyun olaraq yaxşı çıxış etmişik. Xüsusən, “Qarabağ”la matçları xatırlayanda pis oluram. İkinci oyun ümumiyyətlə dəhşətli idi. Həmin qarşılaşmadan sonra yata bilmədim. Təsəvvür edin ki, səhər 08:00-da yatıb, 08:30-da yenidən ayıldım. Vəziyyətimiz çox mürəkkəbdir. “Atletiko” “Top-16”da olmalıdır”.
Qeyd edək ki, “Atletiko” hazırda 6 xalla qrupda 3-cü pillədədi. Onlar ikinci yerdə gedən “Roma”dan 2 xal arxadadılar. Madridlilər növbəti mərhələyə adlamaq üçün 6-cı turda səfərdə “Çelsi”ni üstələməkləri ilə yanaşı “Roma”nın evdə “Qarabağ”la oyunda xal itirməyinə ümid etməlidilər.
saytlarin hazirlanmasi