“Real”ın braziliyalı müdafiəçisi Marselo haqqında səsləndirilən ittihamları qəbul edib.
Sportal.az xəbər verir ki, braziliyalı oyunçu vergidən yayındığını etiraf edib. 2013-cü ilə aid gəlir vergisini əskik ödədiyinə görə məhkəmə tərəfindən 490 917 avro miqdarında cəzalaıb. İspaniya mətbuatında yazılanlara görə o, ittihamları qəbul edib və cəriməni ödəyəcək.
Qeyd edək ki, İspaniyada çıxış edən futbolçular arasında vergi qaçaqçılığı edən yeganə oyunçu “Real”ın ulduzu Kriştiano Ronaldodu. 14.7 milyon borcu olan futbolçu bu ittihamları rədd edir.
saytlarin hazirlanmasi